Sabah Xətai və Nəsimi rayonlarının bəzi ərazilərində qaz təchizatında qısamüddətli fasilə yaranacaq.
“APA-Economics” xəbər verir ki, bu barədə “Azəriqaz” İstehsalat Birliyi (İB) məlumat yayıb.
Belə ki, qaz sızmasının aradan qaldırılması və təmir-quraşdırma işləri ilə əlaqədar oktyabrın 22-si saat 10:00-dan işlər yekunlaşanadək Xətai rayonunun Gəncə prospektinin, M.Hadi küçəsinin və Nəsimi rayonunun Mir Cəlal, A. Məhərrəmov, 20 Yanvar və Cavadxan küçələrinin qaz təchizatında qısamüddətli fasilə yaranacaq.
