Rusiyanın Oryol şəhərinə Ukrayna Silahlı Qüvvələrinin hücumu nəticəsində üç nəfər ölüb.
APA xəbər verir ki, bu barədə vilayət qubernatoru Andrey Klıçkov məlumat verib.
Onun sözlərinə görə, Ukrayna qüvvələri şəhərə “Storm Shadow” tipli üç raketlə zərbə endirib. Nəticədə şəhərin Sovetski rayonunda binalar dağılıb.
Qubernator bildirib ki, hadisə yerində təcili xidmətlərin işi davam edir. Oryol şəhər administrasiyası dəymiş zərərin müəyyənləşdirilməsi və sonradan kompensasiyanın ödənilməsi məqsədilə zərər çəkmiş mənzillərə baş çəkir.
A. Klıçkov həlak olanların ailələrinə və zərərçəkənlərə lazımi yardım göstəriləcəyini qeyd edib.
