
© APA | İsrail Prezidenti İsxaq Hersoq
14 oktyabr 2026 16:33 (UTC +04:00)
İsrail Prezidenti İsxaq Hersoq Bakıda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Sammitində iştirak edəcək.
APA xəbər verir ki, o, bu barədə "X" hesabında bildirib.
"Mən İsrailin regionumuzdakı mühüm tərəfdaşı olan Azərbaycana yenicə gəldim. Dostum, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə görüşməyi və Bakıda Asiyanın müxtəlif ölkələrinin liderləri ilə birlikdə AQEM Sammitində iştirak etməyi səbirsizliklə gözləyirəm", - paylaşımda qeyd olunub.
DİQQƏT!
Hörmətli istifadəçi, ödənişli videoları əldə etmək üçün qeydiyyatdan keçin.
