Qazaxıstan hava məkanında qəza siqnalı verən Rusiya təyyarəsi Omsk hava limanına enib.
APA-nın Rusiya bürosu xəbər verir ki, Novosibirskdən Mahaçqalaya uçan S7 Boeing 737 təyyarəsi texniki nasazlıq səbəbindən Omsk hava limanına eniş edib.
Təyyarədə 173 sərnişinin olduğu bildirilib.
***
11:53
Novosibirskdən Mahaçqalaya uçan S7 Hava Yollarına məxsus təyyarə Qazaxıstan üzərində qəza siqnalı verib.
APA-nın Rusiya bürosu xəbər verir ki, təyyarə qəfildən Omsk istiqamətində istiqamətini dəyişib.
Təyyarədə 189 sərnişinin olduğu bildirilib.
