İran yanvar hadisələri zamanı “Starlink”in əlaqəsini kəsməyə nail olub.
APA-nın Tehran bürosunun məlumatına görə, bunu İran Ali Şurasının katibi və Milli Kiberməkan Mərkəzinin rəhbəri Məhəmməd Əmin Ağamiri deyib.
O, hərbi məqsədlərlə istifadə ediləcəyi təqdirdə, “Starlink”in legitim hədəf hesab olunduğunu bildirib.
Ağamiri “Starlink” terminallarının rabitəsinin idarə olunması texnologiyalarının hazırlanması və sınaqdan keçirilməsi barədə danışarkən deyib ki, yanvar hadisələri zamanı bu texnologiyalardan birini sınaqdan keçirib və “Starlink”in əlaqəsini kəsməyə nail olublar.
O, həmçinin İranın bu texnologiyanı müttəfiq ölkələrlə bölüşməyə hazır olduğunu bildirib.
“Starlink” sisteminin İran üçün hərbi hədəf sayılıb-sayılmadığı ilə bağlı suala cavabında isə o bildirib ki, Cenevrə Konvensiyalarına əsasən, hərbi sahədə istifadə olunan istənilən vasitə və texnologiya müharibə alətinə çevrilir və hərbi vasitələr legitim hədəf hesab olunur.
