
© APA | Ukraynanın xarici işlər naziri ANdrey Sİbiqa
13 oktyabr 2026 10:42 (UTC +04:00)
Rusiya ordusunun Bolqarıstanın ərazi suları yaxınlığında ticarət gəmilərinə son hücumu nəticəsində Azərbaycan və Ukrayna vətəndaşları xəsarət alıb.
APA xəbər verir ki, bunu Ukraynanın xarici işlər naziri Andrey Sibiqa “X” hesabında yazıb.
Sibiqa Rusiyaya qarşı təzyiqlərin artırılmasına çağırış edib.
Onun sözlərinə görə, bu, bir daha Moskvanın mülki şəxslərin həyatı, eləcə də Qara dənizdə təhlükəsizliyə etinasızlığını göstərir.
