
© APA | Prezident İlham Əliyev
12 oktyabr 2026 11:24 (UTC +04:00)
Azərbaycan hər zaman, xüsusilə də TDT-yə sədrliyi dövründə təşkilatın institusional olaraq güclənməsi, qlobal müstəvidə nüfuzunun artması və vahid ailəmiz olan Türk dünyasının sıx birləşməsi naminə bütün səylərini səfərbər edib.
APA xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin əqli mülkiyyət qurumları rəhbərlərinin 2-ci Görüşünün iştirakçılarına ünvanladığı müraciətdə bildirib.
