
© APA | ABŞ prezidenti Donald Tramp
15 oktyabr 2026 23:26 (UTC +04:00)
ABŞ Prezidenti Donald Tramp Miçiqan ştatından Senata namizəd olan demokrat Əbdül Əl-Səyyidi “Müsəlman Qardaşlar” təşkilatı ilə əlaqədə ittiham edib.
APA xəbər verir ki, Tramp bu barədə Ağ Evdə Respublikaçılar Partiyasının tərəfdarları ilə keçirilən seçkiqabağı tədbirdə danışıb.
“O, yüz faiz ‘Müsəlman Qardaşlar’ın adamıdır”, – ABŞ Prezidenti iddia edib.
Tramp Əl-Səyyidin Senatın Kəşfiyyat Komitəsinə üzv seçilməsi ehtimalını da istehza ilə şərh edib.
Qeyd edək ki, 41 yaşlı Əl-Səyyid daha əvvəl bu təşkilatla əlaqələrinin olması barədə iddiaları rədd edib.
Misir əsilli siyasətçi Miçiqanda doğulub və böyüyüb. O, ixtisasca həkimdir və ştatın səhiyyə qurumlarında rəhbər vəzifələrdə çalışıb.
Noyabrın 3-də keçiriləcək seçkilərdə qalib gələcəyi təqdirdə Əl-Səyyid ABŞ Senatının ilk müsəlman üzvü olacaq.
