21 oktyabr 2026 17:26 (UTC +04:00)
Bakıda uşaqların erkən inkişaf mərkəzində autizmli uşağın döyülməsi faktı polis tərəfindən araşdırılır.
Bu barədə APA-ya DİN-in Mətbuat Xidmətindən məlumat verilib.
Məlumata görə, faktla bağlı xuliqanlıq maddəsi ilə cinayət işi başlanılıb, hazırda zəruri istintaq hərəkətləri davam etdirilir.
Qeyd edək ki, hadisə “Brain Academy” uşaqların erkən inkişaf mərkəzinin Bakıxanov filialında baş verib. Sözügedən mərkəzdə 2 yaşlı autizm spektrli zorakılığa məruz qalması barədə görüntülər yayılıb.