13 oktyabr 2026 11:40 (UTC +04:00)
"Sizin əvvəlki prezidentiniz Heydər Əliyev vaxtilə Laosa səfər edib”.
APA xəbər verir ki, bunu Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulit Prezident İlham Əliyevlə birgə mətbuata bəyanatlarında deyib.
O bildirib ki, həmin səfərdən xoş təəssüratları hələ də qalmaqdadır: “Heydər Əliyevin Laosa səfəri çox mühüm nəticələr doğurmuşdu. Bu gün Prezident İlham Əliyevə təşəkkür edirəm ki, o xalqlarımız arasında xoş münasibətlər yaradan şəxsin oğludur. Bizim münasibətlər ənənələrə sadiqdir”.