
© APA | Belarus Prezidenti Aleksandr Lukaşenko
13 oktyabr 2026 12:50 (UTC +04:00)
Belarus müharibədən yayınmaq üçün müharibəyə hazırlaşır və heç kimə hücum etmək niyyətində deyil.
APA xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko Silahlı Qüvvələrdə keçirilən yoxlamalar zamanı bildirib.
Onun sözlərinə görə, orduda aparılan yoxlamalarda qeyri-adi heç nə yoxdur.
“Açıq və dürüst şəkildə demişəm ki, biz müharibədən yayınmaq üçün müharibəyə hazırlaşırıq. Heç kimə hücum etmək niyyətində deyilik”, – Lukaşenko vurğulayıb.
O, həmçinin Belarus ərazisindən Rusiyanın Baltikyanı ölkələrə və Polşaya hücum hazırladığı barədə Qərb mediasında yayılan məlumatlara da münasibət bildirib.
“Bu, yalandır”, – Belarus dövlət başçısı qeyd edib.
