12 oktyabr 2026 11:39 (UTC +04:00)
"30 ildir Azərbaycanla diplomatik əməkdaşlığımız mövcuddur”.
APA xəbər verir ki, bunu Kamboca Krallığının Baş naziri Hun Manet Prezident İlham Əliyevlə birgə mətbuata bəyanatlarında deyib.
Baş nazir bildirib ki, bu səfərdən sonra birgə işləyib ticarət münasibətlərini inkişaf etdirəcəklər: “Müdafiə, təhlükəsizlik, təhsil sahəsində münasibətlər mövcuddur və müzakirələr gedir. Çoxtərəfli səviyyədə münasibətləri beynəlxalq təşkilatlarda gücləndirməyə razılaşdıq”.
