18 oktyabr 2026 09:27 (UTC +04:00)
Səudiyyə Ərəbistanının Nəcran bölgəsində hərbi helikopter qəzaya uğrayıb.
APA “Reuters”ə istinadən xəbər verir ki, hadisə nəticəsində iki ekipaj üzvü həyatını itirib.
Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi hərbi koalisiyanın sözçüsü, general-mayor Türki əl-Maliki bildirib ki, AH-6i tipli kəşfiyyat helikopteri texniki nasazlıq səbəbindən qəzaya uğrayıb.
Hadisə Səudiyyə Ərəbistanının Milli Qvardiya Nazirliyinin nəzarətində olan ərazidə baş verib.
