
© APA | ATƏT-in fəaliyyətdə olan sədri İqnasio Kassis
12 oktyabr 2026 13:47 (UTC +04:00)
İsveçrənin xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri İqnasio Kassis oktyabrın 16-da Gürcüstana rəsmi səfər edəcək.
APA-nın yerli bürosu xəbər verir ki, bu barədə İsveçrənin Gürcüstandakı səfirliyindən bildirilib.
Məlumata əsasən, İqnasio Kassis səfər çərçivəsində Gürcüstanın Baş naziri İrakli Kobaxidze və xarici işlər naziri Maka Boçorişvili ilə görüşlər keçirəcək. Tərəflər regional təhlükəsizlik məsələləri və Cenevrə beynəlxalq müzakirələrinin gündəliyi ətrafında fikir mübadiləsi aparacaqlar.
Qeyd edək ki, ATƏT sədri Gürcüstandan öncə oktyabrın 15-də Ermənistanda səfərdə olacaq.
DİQQƏT!
Hörmətli istifadəçi, ödənişli videoları əldə etmək üçün qeydiyyatdan keçin.
