Texnoloji və sənaye uğursuzluqlarının nəticəsinin təsdiqi proseduru və qaydası müəyyənləşəcək.
APA xəbər verir ki, bu, Prezident İlham Əliyevin tətbiqi barədə fərman imzaladığı Vergi Məcəlləsinə edilən dəyişiklikdə əksini tapıb.
Fərmana əsasən, Nazirlər Kabineti üç ay müddətində Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin, İqtisadiyyat Nazirliyinin, Maliyyə Nazirliyinin və Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin təklifləri nəzərə alınmaqla innovasiya məhsulunun hazırlanması çərçivəsində elmi tədqiqat, layihə-axtarış və təcrübə-konstruktor işlərinə nağdsız qaydada çəkilən əməliyyat xərclərinin (əsas vəsaitlərin və qeyri-maddi aktivlərin alınması istisna olmaqla) dairəsinin və istiqamətlərinin, habelə texnoloji və sənaye uğursuzluqlarının nəticəsinin təsdiqi prosedurunu və qaydasını hazırlamalıdır.
