Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 4 612 milyon manat olmaqla, əvvəlki ilin 9 ayı ilə müqayisədə 4,3 faiz azalıb.
Bu barədə "APA-Economics” Dövlət Statistika Komitəsinin aylıq hesabatına istinadən xəbər verir.
Məlumata görə, hesabat dövründə neft məhsullarından mazut istehsalı 78,8 faiz, sürtkü yağlarının istehsalı 24,2 faiz artıb.
Bildirilir ki, cari ilin yanvar-sentyabr aylarında ölkədə ağ neft istehsalı 19,2 faiz, neft bitumu istehsalı 33,8 faiz, dizel yanacağının istehsalı 3,4 faiz, avtomobil benzinin istehsalı isə 1 faiz azalıb .
Azərbaycanda istehsal olunan neft məhsulları:
|
Məhsul növləri |
2026-cı ilin yanvar-sentyabr aylarında istehsal edilmişdir |
Əvvəlki ilin müvafiq dövrünə nisbətən, faizlə |
01.10.2026-cı il vəziyyətinə sənaye müəssisələrinin anbarlarında hazır məhsul ehtiyatı |
|
Avtomobil benzini, min ton |
1 068,5 |
99 |
45,5 |
|
Ağ neft, min ton |
419 |
80,8 |
34,2 |
|
Qazoyllar (dizel yanacağı), min ton |
1 799 |
96,6 |
137,5 |
|
Mazut, min ton |
103,0 |
178,8 |
2,4 |
|
Sürtkü yağları, min ton |
33,9 |
124,2 |
0,7 |
|
Maye qazlar, min ton |
134,9 |
79,7 |
2 |
|
Neft koksu; neft bitumu və neft məhsullarının digər qrupları, min ton |
625 |
107,5 |
31,6 |
|
ondan: neft bitumu, min ton |
126,4 |
66,2 |
13,6 |
|
neft koksu, min ton |
188,2 |
110,4 |
12,2 |
