Yeni Azərbaycan Partiyası Ramiz Mehdiyevin təltiflərindən məhrum edilməsini təklif edib.
APA xəbər verir ki, İdarə Heyətinin bu gün keçirilən iclasında partiya adından belə bir təşəbbüslə çıxış edilib.
***
saat 16.57
Ramiz Mehdiyev Yeni Azərbaycan Partiyasından çıxarılıb.
APA xəbər verir ki, bu barədə YAP İdarə Heyətinin iclasında qərar qəbul edilib.
***
saat 16.54
Yeni Azərbaycan Partiyasının Veteranlar Şurasının yeni tərkibi formalaşıb.
APA xəbər verir ki, Ramiz Mehdiyev Veteranlar Şurasının yeni tərkibində yer almayıb.
***
saat 16.45
Bu gün Yeni Azərbaycan Partiyası İdarə Heyətinin iclası keçirilir.
APA-nın xəbərinə görə, bu, partiyanın VIII Qurultaydan sonra ilk iclasıdır.
