Ukraynanın kütləvi dron hücumu səbəbindən Moskvaya enə bilməyən dünyanın ən böyük sərnişin təyyarəsi Domodedovo hava limanına eniş edib.
APA-nın Rusiya bürosu xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb.
Bildirilib ki, Dubaydan Moskvaya uçan Airbus A380 təyyarəsi Penza vilayəti üzərində bir saatdan çox dövriyyə vurandan sonra Domodedovo hava limanına enib.
***
18:46
Dünyanın ən böyük sərnişin təyyarəsi Moskvaya enə bilmir.
APA-nın Rusiya bürosu xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb.
Bildirilib ki, Dubaydan Domodedovoya uçan Airbus A380 təyyarəsi Penza vilayəti üzərində dövrə vurur.
Qeyd edək ki, Ukrayna ordusu son bir neçə saat ərzində Moskvanın aeroportlarını dronlarla hədəfə alıb.
Nəticədə, Rusiya Federal Hava Nəqliyyatı Agentliyi - “Rosaviasiya” Moskvanın hava məkanını tam qapadıb. Bütün hava limanlarında təyyarələrin uçuş və enişinə məhdudiyyətlər tətbiq olunub.
