Rusiyanın “Büro 1440” şirkətinə məxsus, “Starlink”in analoqu hesab edilən iki “Rassvet” peyki orbitdə hündürlük itirərək atmosferə yaxınlaşır.
Bu barədə “Operativnaya liniya” Telegram kanalı məlumat yayıb.
Məlumata görə, 2026-cı ilin iyulunda orbitə buraxılan 17 və 23 nömrəli peyklər gündə 1,6 kilometrədək hündürlük itirir.
Onların orbitinin korreksiya edilməyəcəyi təqdirdə, atmosferdə yanaraq məhv ola biləcəyi bildirilir.
