"ICE London" qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2026-cı ilin dekabr müqaviləsinin dəyəri 1,35% artaraq 1 barelə görə 110,26 ABŞ dolları təşkil edib.
“APA-Economics”in məlumatına görə, Nyu-Yorkun "NYMEX" əmtəə birjasında 2026-cı ilin dekabr ayında ixrac etməklə "WTI" markalı neftin 1 barelinin qiyməti də 1,24% artaraq 99,03 ABŞ dollarına bərabər olub.
