Hindistanın Madhya-Pradeş ştatının Qvalior şəhərində yük maşınının insanların üzərinə sürülməsi nəticəsində 15 nəfər həyatını itirib, onlarla insan xəsarət alıb.
APA NDTV-yə istinadən xəbər verir ki, hadisə gecə saatlarında Şitala Mata məbədinin yaxınlığında baş verib.
Məlumata görə, düyü məhsulu ilə yüklənmiş yük maşınının sürücüsü idarəetməni itirib. Avtomobil polis maneələrini aşaraq məbədə gedən insanların üzərinə sürülüb, daha sonra məbədin darvazasına və divarına çırpılıb.
Hadisə nəticəsində iki polis əməkdaşı da xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdiriliblər. Onlardan bəzilərinin vəziyyətinin ağır olduğu bildirilir.
Hadisənin səbəbləri araşdırılır.