
© APA | Murat Babajanov
18 oktyabr 2026 15:06 (UTC +04:00)
İstanbulda sel nəticəsində itkin düşən Türkmənistan vətəndaşının meyiti tapılıb.
APA-nın Türkiyə bürosu xəbər verir ki, Sarıyer rayonunda avtomobili ilə birlikdə sel sularına düşərək itkin düşən Murat Babajanovun meyiti Haliç sahilində aşkarlanıb.
Sel nəticəsində itkin düşən daha 4 nəfərin axtarışları davam etdirilir.
