22 oktyabr 2026 11:31 (UTC +04:00)
Cəlilabad şəhərində baş verən yol qəzasında üç nəfər xəsarət alıb.
APA-nın cənub bürosunun verdiyi xəbərə görə, hadisə şəhərin Qurtuluş küçəsində qeydə alınıb. Belə ki, hərəkətdə olan “VAZ-2107” və “VAZ-2106” markalı nəqliyyat vasitələri toqquşub. Toqquşma nəticəsində üç nəfər xəsarət alıb.
Yaralılar tibbi yardım göstərilməsi üçün rayon mərkəzi xəstəxanasına hospitalizasiya olunublar.
