Qusardabaş verən yanğında ölən şəxsin kimliyi müəyyən olunub.
APA-nın yerli bürosu xəbər verir ki, meyiti tapılan şəxsin 1943-cü il təvvəllüdlü Hürüpəri Abdulkərimova olduğu bildirilir.
Hadisə oktyabrın 12-də gecə saatlarında baş verib.
***
15.51
Qusar rayonunun Quxuroba kəndində fərdi yaşayış evində yanğın baş verib.
APA-nın Şimal bürosunun məlumatına görə, FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri hadisə yerinə cəlb olunub.
Yanğın qısa müddətdə söndürülüb, yaxınlıqdakı tikililər alovdan mühafizə edilib.
Yanğın yerində aparılan kəşfiyyat zamanı bir nəfərin meyiti aşkarlanıb.
Hadisənin təfərrüatları dəqiqləşdirilir.
