Bakıda kafedə bir nəfərin ölümü ilə nəticələnən kütləvi insidentlə bağlı saxlanılan 6 nəfər barəsində həbs qətimkan tədbiri seçilib.
APA xəbər verir ki, bu barədə Xətai Rayon Məhkəməsi qərar qəbul edib.
Qərara əsasən, istintaq orqanının təqdimatı təmin edilib, təqsirləndirilən Əfəndiyev Kamran, İsmayılov Mikayıl, Dadaşov Ramil, Eldarov Eldar, Zülfiqarov Həsən barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Onlara qarşı Cinayət Məcəlləsinin 218.1, 218.2, 234.4.1, 234.4.3, 29, 234.4.1 və 29, 234.4.3-cü maddələri ilə ittiham irəli sürülüb.
***
16:08
Bakıda kafedə bir nəfərin ölümü ilə nəticələnən kütləvi insidentlə bağlı saxlanılan şəxslər barəsində qətimkan tədbirinin seçilməsi üçün məhkəməyə təqdimat daxil olub.
APA xəbər verir ki, hazırda təqdimata Xətai Rayon Məhkəməsində baxılır.
Saxlanılan şəxslərə Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə ittiham irəli sürülüb.
