15 oktyabr 2026 11:58 (UTC +04:00)
Pakistanda məktəbin damının uçması nəticəsində 29 nəfər ölüb.
Geo TV xəbər verir ki, hadisə Peşəvər şəhərində özəl məktəbdə baş verib.
Məlumata görə, ölənlər arasında 28 uşaq var, 40-dan çox insan yaralanıb.
Xilasetmə əməliyyatı davam edir.
Təhsil müəssisəsinin sahibi saxlanılıb. Hadisənin səbəbləri araşdırılır.
