Sabunçu rayonunda Zabrat-Maştağa avtomobil yolunun Zabrat dairəsindən Maştağa qəsəbəsi Elşən Məhərrəmli küçəsi ilə kəsişməyədək olan hissəsində bu gündən etibarən təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə tam məhdudiyyət tətbiq olunub.
"APA-Economics" xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.
Məlumata görə, əks istiqamətdə isə 19 oktyabr saat 08:00-dan etibarən tam məhdudiyyət tətbiq olunacaq.
"Sürücülərdən alternativ yollardan istifadə etmələri xahiş olunur", - məlumatda qeyd olunur.
