Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 20 029,6kVt/saat elektrik enerjisi istehsal olunub, bu da illik müqayisədə 2,3% azalma deməkdir.
Bu barədə "APA-Economics” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, hesabat dövründə ölkədə istehsal olunan elektrik enerjisinin 19 452,5 kVt-saatı əmtəəlik məhsulun payına düşüb (1,8% azalma).
Ölkədə istehsal olunan elektrik enerjisinin ən böyük payı – 15 170,3 kVt/saat istilik elektrik stansiyalarının üzərinə düşüb ki, bu da 2025-ci ilin yanvar-iyul göstəricisindən 9,5% azdır.
Cari ilin yanvar-sentyabr ayları ərzində Azərbaycanda istehsal olunan elektrik enerjisinin qalan hissəsi su elektrik stansiyalarından, eləcə də digər alternativ və bərpa olunan enerji mənbələrindən əldə edilib.
Onu da qeyd etmək lazımdır ki, hesabat dövründə Azərbaycanda külər stansiyaları 841,3 mln. kVt/saat elektrik enerjisi istehsal ediblər ki, bu da illik müqayisədə 27,2 dəfə artım deməkdir.
Azərbaycanda elektrik enerjisinin istehsalı:
|
Məhsul növləri |
2026-cı ilin yanvar-sentyabr aylarında istehsal edilmişdir |
Əvvəlki ilin müvafiq dövrünə nisbətən, faizlə |
|
Elektrik enerjisi, mln. kVt.s |
20 029,6 |
97,7 |
|
ondan əmtəəlik |
19 452,5 |
98,2 |
|
istilik elektrik stansiyalarının istehsalı |
15 170,3 |
90,5 |
|
su elektrik stansiyalarının istehsalı |
2 739,5 |
115,0 |
|
külək elektrik stansiyalarının istehsalı |
841,3 |
27,1 d. |
|
günəş elektrik stansiyalarının istehsalı |
533,2 |
110,1 |
|
biokütlə və tullantıların yandırılması ilə işləyən stansiyaların elektriki |
168,2 |
105,8 |
