15 oktyabr 2026 12:30 (UTC +04:00)
Müstəqil Dövlətlər Birliyinə üzv ölkələrin Müdafiə Nazirləri Şurasının növbəti iclasında iştirak etmək üçün Qırğızıstanda rəsmi səfərdə olan Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov bu ölkənin müdafiə naziri general-mayor Ruslan Mukambetov ilə görüşüb.
Müdafiə Nazirliyindən APA-ya verilən xəbərə görə, görüşdə ölkələrimiz arasında hərbi və hərbi-texniki sahəsində əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub, eləcə də maraq doğuran digər məsələlərə dair ətraflı fikir mübadiləsi aparılıb.
DİQQƏT!
Hörmətli istifadəçi, ödənişli videoları əldə etmək üçün qeydiyyatdan keçin.
