25 oktyabr 2026 13:54 (UTC +04:00)
Litva Avropa İttifaqında (Aİ) yay və qış vaxtına keçidin ləğvi məsələsinin 2027-ci ilin iyununda səsverməyə çıxarılmasını planlaşdırır.
APA Litvanın BNS xəbər agentliyinə istinadən xəbər verir ki, bu barədə ölkənin nəqliyyat və kommunikasiya nazirinin müavini Lukas Paşkeviçius bildirib.
Onun sözlərinə görə, məsələ 2027-ci ilin fevralında Aİ nəqliyyat nazirlərinin qeyri-rəsmi toplantısında müzakirə olunacaq, iyunun sonunda isə səsverməyə çıxarılması nəzərdə tutulur.
Litva 2027-ci ilin birinci yarısında Aİ Şurasına sədrlik edəcək.
Qeyd edək ki, Avropa Komissiyası 2018-ci ildə saatların mövsümi dəyişdirilməsinin ləğvini təklif edib. Avropa Parlamenti 2019-cu ildə təşəbbüsü dəstəkləsə də, üzv dövlətlər arasında razılıq əldə olunmayıb.
