Hörmüz boğazında tanker və konteyner gəmisinə naməlum mərmilərlə zərbələr endirilib.
APA xəbər verir ki, bu barədə Böyük Britaniya Hərbi Dəniz Qüvvələrinin Dəniz Ticarət Daşımalarının Koordinasiya Mərkəzi (UKMTO) məlumat yayıb.
Bildirilib ki, hər iki hadisə oktyabrın 11-də baş versə də, onlar barədə məlumat yalnız indi açıqlanıb.
Tankerlə bağlı insident zamanı ekipaj üzvlərinin xəsarət almadığı qeyd olunub.
Konteyner gəmisinə endirilən zərbə nəticəsində ölən və ya yaralananların olub-olmadığı barədə isə məlumat verilməyib.
