17 oktyabr 2026 09:34 (UTC +04:00)
Rusiya Silahlı Qüvvələri Ukraynanın Jitomir şəhərində hərbi-sənaye kompleksinin müəssisələrinin fəaliyyətini təmin edən elektrik yarımstansiyasına zərbə endirib.
APA xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, zərbə nəticəsində hərbi-sənaye kompleksi müəssisələrinin fəaliyyəti üçün elektrik enerjisinin paylanmasını təmin edən yarımstansiya hədəfə alınıb.
