12 oktyabr 2026 17:38 (UTC +04:00)
Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın yerli bürosunun məlumatına görə, "Mercedes" ilə "Hyundai" markalı minik maşınları toqquşub. "Hyundai" idarəetmədən çıxaraq yol kənarındakı işıq dirəyinə, daha sonra isə ağaca çırpılıb. Qəza zamanı 3 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
