Qusar rayonunun Quxuroba kəndində fərdi yaşayış evində yanğın baş verib.
APA-nın Şimal bürosunun məlumatına görə, FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri hadisə yerinə cəlb olunub.
Yanğın qısa müddətdə söndürülüb, yaxınlıqdakı tikililər alovdan mühafizə edilib.
Yanğın yerində aparılan kəşfiyyat zamanı bir nəfərin meyiti aşkarlanıb.
Hadisənin təfərrüatları dəqiqləşdirilir.
