Ukraynanın 2027-ci il dövlət büdcəsinin maliyyələşdirilməsi üçün mənbələri hələ təsdiqlənməmiş 30–35 milyard dollar həcmində xarici vəsaitə ehtiyac var.
Bu barədə “NV” radiosu Beynəlxalq Valyuta Fondunda (BVF) Ukraynanı təmsil edən icraçı direktorun müavini Vladislav Raşkovana istinadən məlumat yayıb.
Raşkovanın sözlərinə görə, Ukrayna üzərinə götürdüyü öhdəlikləri yerinə yetirəcəyi təqdirdə tələb olunan maliyyənin cəlb edilməsi mümkün olacaq.
O bildirib ki, ilin dördüncü rübü üçün nəzərdə tutulan maliyyələşmənin əhəmiyyətli hissəsi də hələ Ukrayna Ali Radasının müvafiq qərarlarından asılıdır.
