24 oktyabr 2026 12:43 (UTC +04:00)
Gəncədə piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Cavadxan qəsəbəsində qeydə alınıb. Belə ki, hərəkətdə olan avtomobil yolu qarşı tərəfə keçmək istəyən 1991-ci il təvəllüdlü A.Məmmədovu vurub. Piyada xəstəxanaya yerləşdirilib, onun vəziyyətinin ağır olduğu bildirilir. Hadisə yerinə polis əməkdaşları cəlb edilib.
Faktla bağlı araşdırma aparılır.
