Ukrayna Silahlı Qüvvələrinin pilotsuz uçuş aparatları və yeraltı tunellərdən istifadə etməsi Rusiya qoşunlarının Kupyansk şəhərinə şimaldan daxil olmasını çətinləşdirir.
APA xəbər verir ki, bu barədə ABŞ-ın Müharibənin Öyrənilməsi İnstitutunun (ISW) hesabatında bildirilib.
Məlumata görə, Ukrayna qüvvələri Radkovkadan Qolubovkanın şimal-şərqinə uzanan və Oskol çayının altından keçən yeraltı boru kəmərinin bir hissəsinə nəzarəti ələ keçirib.
Analitiklər qeyd ediblər ki, Ukrayna ordusunun PUA əməliyyatları ilə birlikdə bu addım Rusiya qüvvələrinin Kupyanskın şimal hissəsinə irəliləməsinə mane olur.
ISW həmçinin Ukrayna qüvvələrinin Orixiv istiqamətində əks-hücumlar həyata keçirərək Rusiyanın hücum planlarını pozduğunu bildirib.
