Qadın sağlamlığının qorunması və çətin anlarda maliyyə dəstəyinin təmin edilməsi xüsusi əhəmiyyət daşıyır. Bu istiqamətdə "PAŞA Həyat Sığorta" tərəfindən qadınlar üçün yeni həyat sığortası məhsulu təqdim olunub.
“GüclüSən” adlı məhsul süd vəzi xərçəngi diaqnozu ilə üzləşən qadınlara 30 min manat məbləğində sığorta təminatı təqdim edir.
Yeni məhsulun təqdimatına həsr olunmuş tədbirdə şirkətin İdarə Heyətinin sədri Ülviyyə Cabbarova, şirkət nümayəndələri, eləcə də bir sıra tibb ekspertləri iştirak ediblər.
Yeni sığorta məhsulunun əsas üstünlüklərindən biri isə qadınlara sərbəst seçim imkanı yaratmasıdır. Belə ki, sığorta ödənişi yalnız müalicə xərcləri ilə məhdudlaşmır. Qadınlar bu vəsaitdən istədikləri ölkədə və klinikada müalicə almaq üçün istifadə edə bilərlər
