
© APA | Milli Bankın rəhbəri Andriy Pişnin
21 oktyabr 2026 10:51 (UTC +04:00)
Ukraynanın Milli Antikorrupsiya Bürosu (NABU) və İxtisaslaşmış Antikorrupsiya Prokurorluğu (SAP) Milli Bankın rəhbəri Andriy Pişninin evində axtarış aparırlar.
Bu barədə “Ukrainskaya pravda” öz mənbələrinə istinadən məlumat yayıb.
Nəşr axtarışların səbəbləri və istintaq çərçivəsində hansı əməllərin araşdırıldığı barədə əlavə məlumat verməyib.
Qeyd edək ki, Andriy Pişninin adı son aylarda “Sense Bank” ətrafında aparılan araşdırmalarla bağlı hallanıb. O, bankın Müşahidə Şurasının üzvlərinin fəaliyyəti ilə bağlı məsələlərə dair Ukrayna Ali Radasının müvəqqəti istintaq komissiyasına açıqlamalar verib.
DİQQƏT!
Hörmətli istifadəçi, ödənişli videoları əldə etmək üçün qeydiyyatdan keçin.
