“SpaceX” şirkətinin qurucusu İlon Mask Ukraynanın hərbi təyinatlı “Starshield” peyk rabitə sisteminə çıxışının sürətini azaltmaq barədə göstəriş verib.
Bu barədə “The Wall Street Journal” (WSJ) mənbələrə istinadən məlumat yayıb.
Mənbələrin verdiyi məlumata görə, son həftələrdə Mask və ABŞ prezidenti Donald Tramp Kiyevin Rusiyanın neft emalı zavodlarına endirdiyi zərbələrdən narazılıqlarını ifadə ediblər.
Ötən həftə Mask Ukrayna üçün məlumat ötürmə sürətini məhdudlaşdırıb. Nəticədə Ukraynanın bir neçə hücum və ələkeçirici dronu faktiki olaraq yararsız vəziyyətə düşüb.
Qəzetin mənbələrindən birinin iddiasına görə, Mask bu qərarı birtərəfli qaydada qəbul edib və Tramp bununla bağlı heç bir göstəriş verməyib.
