Salyanda yol qəzası baş verib.
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə rayonun Qırxçıraq kəndi ərazisində qeydə alınıb.
"BMW" və "VAZ" markalı avtomobillərin toqquşması nəticəsində bir nəfər ölüb, 4 nəfər - Neftçala rayon sakinləri - 1954-cü il təvəllüdlü Atakişi Hüseynov, 1957-ci il təvəllüdlü Mələysuma Hüseynova, 1981-ci il təvəllüdlü Günel Məlikova və Salyan rayon sakini 2004-cü il təvəllüdlü Nurlan Məmmədov xəsarət alaraq Salyan xəstəxanasına yerləşdirlib.
Faktla bağlı araşdırma aparılır.
