Çinin Tibet bölgəsində verən zəlzələ nəticəsində xəsarət alanların sayı 46-ya yüksəlib. Onlardan 11-nin vəziyyəti ağırdır.
APA xəbər verir ki, bBu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.
Bundan əvvəl oktyabrın 22-də baş verən 7 bal gücündə zəlzələ nəticəsində 16 nəfərin öldüyü, 35 nəfərin yüngül xəsarət aldığı açıqlanmışdı.
Hadisə nəticəsində təxminən 340 ev dağılıb və ya zədələnib.
Xilasedicilər hadisə bölgəsində işləyir, zərərin miqyası qiymətləndirilir.
***
03:07
Çində baş verən 7 bal gücündə zəlzələ nəticəsində azı 16 nəfər ölüb, 32 nəfər yaralanıb.
APA xəbər verir ki, bu barədə Çinin Sinxua agentliyi məlumat yayıb.
Episentri Bakenq qraflığında olan zəlzələ nəticəsində 339 bina uçub, bəzi binalarda çatlar əmələ gəlib, elektrik və rabitə kəsilib.
Yaralılardan 11-nin vəziyyəti ağırdır. Axtarış-xilasetmə işləri davam edir.
***
19:24
Çinin cənub-qərbində Tibetdə 7 maqnituda gücündə zəlzələ baş verib.
APA xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.
Dağıntı və tələfat barədə məlumat yoxdur.
