16 oktyabr 2026 21:31 (UTC +04:00)
Rusiya prezidenti Vladimir Putin Roma Papası XIV Leo ilə telefon danışığı aparıb.
APA-nın Moskva bürosu Kremlin mətbuat xidmətinə istinadən xəbər verir ki telefon danışığı zamanı Putin XIV Leoya möhkəm cansağlığı və bu yaxınlarda keçirdiyi əməliyyatdan sonra tezliklə sağalmasını arzulayıb.
Putin həmçinin Rusiya-Vatikan əməkdaşlığının mənəvi və əxlaqi dəyərlərin birləşdirilməsində əhəmiyyətini qeyd edib.
Rusiya prezidenti Ukrayna münaqişəsinin həllinə töhfə verməyə hazır olduğuna və davam edən humanitar səylərinə görə Papaya təşəkkür edib.
