Rusiyanın Rostov vilayətində yerləşən “Aksaykardandetal” zavodunda güclü yanğın baş verib.
Bu barədə UNİAN məlumat yayıb.
Müəssisə metal emalı, ştamplama və metalın termiki emalı ilə məşğuldur. Bu texnologiyalar, o cümlədən, hərbi texnika üçün komponentlərin istehsalında istifadə oluna bilər.
Yanğının səbəbi, mümkün xəsarət alanlar və müəssisəyə dəyən ziyan barədə məlumat verilmir.
