19 oktyabr 2026 13:37 (UTC +04:00)
Paytaxtın Sabunçu qəsəbəsində Mehdi Hüseynzadə küçəsinin Yeni Ramana küçəsi ilə kəsişməsindən 68 nömrəli məktəbin qarşısınadək olan hissəsində aparılan təmir işləri ilə əlaqədar nəqliyyatı vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq edilib.
"APA-Economics" xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi məlumat yayıb.
Məlumata görə, məhdudiyyət səbəbindən 49 nömrəli marşrutun son dayanacaq məntəqəsi müvəqqəti olaraq Yavər Əliyev küçəsində təyin edilib.
