Gəncədə baş verən yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan 1961-ci il təvəllüdlü şəxs (kişi) 16.10.2026-cı il tarixində saat 23:00 radələrində Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxanaya hospitalizasiya olunub.
Bu barədə APA-ya TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, vəziyyəti ağır qiymətləndirilən pasiyentin aparılan reanimasiya tədbirlərinə baxmayaraq, 23.10.2026-cı il tarixində saat 18:10 radələrində bioloji ölüm faktı qeydə alınıb.
***
12.37
Gəncədə avtomobilin vurduğu piyada xəstəxanada ölüb.
APA-nın yerli bürosunun məlumatına görə, ölən şəxs 1961-ci il Ə.Huseynovdur.
Qeyd edək ki, hadisə oktyabrın 16-sı şəhərin Nəriman Nərimanov prospektində qeydə alınıb. Hərəkətdə olan avtomobil yolu qarşı tərəfə keçmək istəyən 1961-ci il təvəllüdlü Ə.Huseynovu vurub. Piyada xəstəxanaya yerləşdirilib, həkimlərin tibbi yardımlarına baxmayaraq, o, 7 gün sonra xəstəxanada ölüb.
Faktla bağlı cinayət işi açılıb.
