Rumıniyanın Bistritsa şəhərində 13 yaşlı məktəbli müəllimi və digər şagirdi bıçaqlamaqda şübhəli bilinir.
“Reuters”in xəbərinə görə, yeniyetmə hadisədən az əvvəl “TikTok”da hücum planları barədə paylaşımlar edib.
Rumıniya polisi bildirib ki, bu gün Bistritsa şəhərindəki məktəblərdən birində yeddinci sinif şagirdinin bıçaqla müəllimə və digər şagirdə hücum etdiyi barədə məlumat daxil olub.
Məhkəmə orqanlarındakı mənbənin “Reuters”ə verdiyi məlumata görə, 13 yaşlı yeniyetmənin əməlinin istintaqı ağırlaşdırıcı hallarda qəsdən adam öldürməyə cəhd şübhəsi ilə araşdırılır.
