
© APA | İran Prezidenti Məsud Pezeşkian
15 oktyabr 2026 14:39 (UTC +04:00)
İran Prezidenti Məsud Pezeşkian sabah Ermənistana səfər edəcək.
APA-nın Tehran bürosunun xəbərinə görə, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi bildirib.
XİN sözçüsü qeyd edib ki, İran Prezidenti İrəvanda keçiriləcək BMT-nin Bioloji Müxtəliflik üzrə Tərəflərin Konfransının 17-ci sessiyasında (COP17) iştirak edəcək.
Məsud Pezeşkian səfər çərçivəsində sammitdə iştirak edən bəzi ölkələrin liderləri ilə də görüşlər keçirəcək.
DİQQƏT!
Hörmətli istifadəçi, ödənişli videoları əldə etmək üçün qeydiyyatdan keçin.
