
© APA | Birləşmiş Ərəb Əmirlikləri prezidentinin müşaviri Ənvər Qarqaş
12 oktyabr 2026 09:30 (UTC +04:00)
Birləşmiş Ərəb Əmirlikləri Prezidentinin müşaviri Ənvər Qarqaş Körfəz ölkələrinin kollektiv təhlükəsizliyinin gücləndirilməsi üçün müştərək addımlar atmağa çağırış edib.
APA xəbər verir ki, Qarqaş bu barədə “X” hesabında yazıb.
O, təhlükəsizlik və müdafiə sahəsində təhlükəsizlik mexanizminin möhkəmləndirilməsinin vacibliyini vurğulayıb.
Qarqaş husilərin Səudiyyə Ərəbistanına hücumlarının BƏƏ, ümumilikdə bütün Körfəz ölkələrinin təhlükəsizliyini təhdid etdiyini bildirib.
