
© APA | ABŞ-ın vitse-prezidenti Cey Di Vens
22 oktyabr 2026 18:34 (UTC +04:00)
Həm Rusiya, həm də Ukrayna danışıqlar masasına oturmağa razıdır.
APA xəbər verir ki, bunu ABŞ-ın Vitse-prezidenti Ceyms Devid Vens jurnalistlərin suallarını cavablandırarkən deyib.
Vens ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoffun danışıqları canlandırmağa nail olduğunu bildirib.
ABŞ-ın Vitse-prezidenti qeyd edib ki, Uitkoff Ukrayna və Rusiya ilə danışıqların nəticələrindən nikbindir.
“Düşünürəm ki, hər iki ölkə danışıqlar masasına oturmağa razılaşıb”, – Vens vurğulayıb.
